Azərbaycan Mərkəzi Bankının iyul ayı üzrə açıqlamasına əsasən manatın indeksi möhkəmlənib.
Banker.az xəbər verir ki, 2021-ci ilin iyul ayında manatın real effektiv məzənnəsi (REM) 102.7 bəndə yüksəlib. Bu da son ayda 1.7 bənd artım dinamikasıdır.
Manatın REM-i qeyri-neft sektoru üzrə isə 98.1 bənddən 99.3 bəndə qədər irəliləyiş görüb.
REM – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.
| Real effektiv məzənnə | ||
| Aylar | ümumi | qeyri-neft sektoru üzrə | 
| Yanvar 2020 | 99.6 | 93.3 | 
| Fevral 2020 | 101.7 | 95.4 | 
| Mart 2020 | 104.9 | 100.3 | 
| Aprel 2020 | 107.4 | 102.7 | 
| May 2020 | 106.3 | 101.3 | 
| İyun 2020 | 102.8 | 98.3 | 
| İyul 2020 | 102.1 | 97.9 | 
| Avqust 2020 | 101.5 | 98.1 | 
| Sentyabr 2020 | 102.5 | 99.1 | 
| Oktyabr 2020 | 103.1 | 99.9 | 
| Noyabr 2020 | 102.7 | 99.3 | 
| Dekabr 2020 | 100.3 | 97.1 | 
| Yanvar 2021 | 99.9 | 96.8 | 
| Fevral 2021 | 100.6 | 97.3 | 
| Mart 2021 | 102.2 | 98.9 | 
| Aprel 2021 | 104.0 | 100.8 | 
| May 2020 | 102.4 | 99.2 | 
| İyun 2021 | 101.4 | 98.1 | 
| İyul 2021 | 102.7 | 99.3 | 


 
                                    





