7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank: Manatın bahalaşması ölkədə qiymət artımları azaldır, inflyasiya ilin sonuna azalacaq

Azərbaycan Mərkəzi Bankının Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi bir qədər yüksəlib. Rəsmi statistikaya görə 2022-ci ilin may ayında inflyasiya 0.7% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 13.7% artıb. Mayda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 20.2% artmış, qeyri-ərzaq məhsulları 7.1%, xidmətlər isə 10.3% bahalaşmışdır. İllik baza inflyasiyası may ayında 10% təşkil edib.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirir.

İnflyasiyanın xarici fonu ümumilikdə əlverişsiz olaraq qalır. Dünya birjalarında əmtəələrin bahalaşmasında səngimə müşahidə edilsə də, qiymətlər tarixi maksimumlara yaxın səviyyədə qalır. Dünya Bankının məlumatına görə son 2 ayda (aprel-may ayları) dünya əmtəə qiymətləri enerji məhsulları üzrə 1.4%, qeyri-enerji məhsulları üzrə isə 9.4% azalıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 1.5% azalıb. Bu azalma əsasən yağların və süd məhsullarının ucuzlaşması hesabına baş verib. Un məmulatları və ətin qiyməti isə artmaqda davam edir.

Mərkəzi Bank əlavə edir ki, gərgin geosiyasi vəziyyət qlobal xammal qiymətlərinin, xüsusilə enerji və ərzaq qiymətlərinin uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir.

Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə həm birbaşa, həm də dolayı təsir göstərir. Dolayı təsir istehsalçı qiymətləri vasitəsilə baş verir. Belə ki, apreldə illik əsasda kənd təsərrüfatı istehsalçı qiymətləri 16.3%, qeyri-neft sənaye istehsalçı qiymətləri indeksi isə 20.1% yüksəlib.

Mərkəzi Bank tərəfindən real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə may ayında inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlmiş, tikintidə isə azalıb.

Ötən iclasdan bəri inflyasiya proqnozunda əhəmiyyətli dəyişiklik edilməyib. Cari ilin sonuna məcmu tələbin genişlənməsi ilə gözləntilər proqnozlaşdırılan inflyasiyaya artırıcı təsir edir. Lakin digər tərəfdən monetar şərait, xüsusən də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi proqnozlaşdırılan inflyasiyanı azaldır. Ümumilikdə yenilənmiş proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı gözlənilir. Ortamüddətli perspektivdə inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozu dəyişməz qalır.

Son xəbərlər
Digər xəbərlər