Azərbaycanda median aylıq kirayə haqqı 1 000 manatı ötüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Maliyyə Sabitliyi hesabatı”nda bildirilir.
Sənədə əsasən, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edib ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20,9 il olmasını şərtləndirir.
2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1,4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.






