29 C
Baku
Friday, July 18, 2025

Mərkəzi Bank “Meqa Sığorta” ilə bağlı məcburi göstəriş verib

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Meqa Sığorta” ASC-yə icrası məcburi sərəncam verib.

Banker.az bunu AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankı tərəfindən “Meqa Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Meqa Sığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.

Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).

Son xəbərlər
Digər xəbərlər