12 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank “Meta-Kapital” və “Delta Capital”ın vəzifəli şəxslərini cərimlələdi

Azərbaycan Mərkəzi Bankı valyuta dəyişmə məntəqələri “Meta-Kapital” MMC və “Delta Capital” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Banker.az bunu AMB-yə istinadla xəbər verir.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Meta-Kapital” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilib.

AMB tərəfindən digər aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar “Delta Capital” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər