25 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank müştərilərin yoxlanması (skorinq) sistemin işə sala bilər

Müəllif: Samir Məstəliyev, baş redaktor

Heç kimə sirr deyilki, devalvasiyadan sonra bankların vaxtı keçmiş borclarının həcmi durmadan artmaqdadır. Bu göstərici devalvasiyadan qabaq bütün Azərbaycan bankları üzrə təxminən 8% idisə, son hesabatlara görə bu rəqəm artıq 15% haqqlayıb. Nəzərə almaq lazımdırki, bu hələ bankların rəsmi açıqladığı rəqəmlərdir. Bankların çoxu vaxtı keçmiş gecikmələri azaltmaq məqsədi ilə həm silinmələr, həmdə qrafiki dəyişikliklərinə çox əl atırlar. Devalvasiyadan sonra isə, müştərilərin qrafiklərinin dəyişdirilməsi artıq qaçılmaz hala çevrilib. Qrafiki dəyişmiş kredit isə, risklərin idarə edilməsində daha riskli kreditlər hesab edilir və onların bir qismi mütləq yenidən gecikməyə düşəcəyi böyük ehtimalla baş verəcək. Bu göstəricilərin üzərinə hələ bir Beynəlxalq Bankda aşkarlanan 6 milyardlıq (bu təxminən ümumi bank sisteminin 1/3 deməkdir)  problemi gəlsək , onda hazırda vaxtı keçmiş kreditlərin qeyri rəsmi dəyəri təxminən 25% yaxındır (ən azı).

Şübhəsiz, bu məsələ Mərkəzi Bankı və digər bank işçilərini daima düşündürür. Bu proses əslində qismən digər MDB ölkələrindədə vardır. Və onlar öz növbələrində, çarə qismində ümumi kredit skorinqinin yaradılmasında görüblər. Artıq bir çox MDB ölkələrində bununla bağlı qərar qəbul edilmişdir və artıq Belarusiya bu sistemə payızdan keçməyə hazırlaşır. Bəs qeyd olunan sistem nədən ibarətdir?

Sistemin ümumi mahiyyəti ondan ibarətdirki, müştəri banka kredit üçün müraciət edən zaman, skorinq onun kredit tarixcəsini təhlil edir və ona şərti olaraq müəyyən bal verir  ( Belarusda bu bal 0-400 arası dəyişir,Rusiyada 0-1000 arası).Bu bal müştərinin götürəcəyi krediti nə dərəcədə bağlamaq iqtidarında olmasının göstəricisidir. Skorinq sistemləri indiyə qədər individual banklar tərəfindən aktiv istifadə olunub, hətta Azərbaycanda istehlak kreditlərinin verilməsində bir çox bank ondan aktiv istifadə ediblər.Rusiyada isə bu daha geniş vüsət alıb və orada istifadə olunan Skorinq sistemləri kifayət qədər mütərəqqi modellərə əsaslanırlar. Mərkəzi Bankın özünün skorinq sistemi tətbiq etməsi artıq bankın skoqinq sistemindən fərqi ondan ibarət olacaqki – Mərkəzi bank Bankların risk iştahınının idarə edilməsində bir-başa iştirak edəcək. Sistemin tətbiqindən asılı olaraq, ola bilərki Mərkəzi Bank balı aşağı olan şəxslərin kreditləşməsinə ümumiyyətlə icazə verməsin və ya bunu bankın ixtiyarına buraxsın.

Qeyd olunan sistem , əslində banklarımız üçün bir neçə səbəbə görə çox faydalı olardı. Onlar aşağıdakılardır:

  • Mərkəzi Bankın nəznində fəaliyyət göstərən Reestr xidmətində müştərilərin kredit tarixcələri haqqında çox qiymətli informasiya vardır. Lakin banklar bu informasiyanı yalnız indvidual müştəri üzərindən baxıb təhlil edə bilirlər. Güclü skorinq modelinin yaradılmasında isə daha çox ümumi informasiyalar, müxtəlif klaster şəxslərini kredit götürən zaman özlərini hansı formada aparmaları və s. təhlil olunur. Əgər Mərkəzi Bank qeyd edilən sistemi işə salarsa, bazarda olan banklar bir-başa olaraq bu tip informasiyalara çıxış almış olardılar.
  • Mərkəzi Bank dövlət qurumu olduğundan, onun informasiya mənbəyi kimi,digər qurumların sistemləri ilə inteqrasiyası daha realdır. Güclü skorinq sistemi , müştərinin kredit üçün müraciəti zamanı nəinki onun keçmiş kredit tarixcəsini, hətta onun elektrik enerjisini vaxtlı vaxtında ödəməsini, mobil telefonu ilə danışıqlara hər ay hansı vəsaitin xərclənməsini və s. təhlil edir. Misal üçün, Amerikanın Fair İsaac (FİCO) kimi güclü skorinq sistemi cəmiyyətin müxtəlif aspektlərinə o qədər dərin nüfuz edibki, orada hər bir şəxsin FİCO-su olur və bu FİCO-nun zəif olması, onun cəmiyyətdə normal individium kimi fəaliyyət göstərməsinə ciddi çətinliklər yaradır .Ona görə, Amerikada hər kəs kredit borcları ilə bağlı öhtəliklərinə kifayət qədər ciddi yanaşırlar. Qeyd edək ki, Mərkəzi Bank Reestr xidməti yaradan zaman belə bir inteqrasiyanı Daxili işlər Nazirliyinin bazaları ilə aparmışdır.
  • Mərkəzi Bankın öz bölmələri arasında faktiki olaraq inteqrasiya yoxdur. Misal üçün, Maliyyə Monitorinq xidmətinin sanksiyaya düşən və ya terrorçu kimi qəbul edilən şəxslərlə bağlı hər ay yenilədiyi siyahı faktiki olarq Mərkəzi Bankın reestr xidməti ilə inteqrasiya edilməmişdir.
  • Bahalı skorinq sistemləri ala bilməyən banklar bu sistemdən faydalana bilərlər və qərarların qəbulu prosesini nisbətən asanlaşdıra bilər.

Bu sistemin mənfi cəhətlərindən biri, işçi qüvvəsinə ,əsasəndə kredit işçilərinə olan tələbatın azalmasına gətirib çıxara bilər. Lakin, nə qədərki Azərbaycanda kiçik bizneslərdə gəlirlər və pul axınlarının rəsmiləşməsi prosesi zəif olacaq, bir o qədər təhlil qabiliyyəti güclü olan kredit işçilərinə ehtiyac çox olacaqdır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər