Azərbaycan Mərkəzi Bankı (AMB) 46 nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Meqa Sığorta” ASC-dir.
Qalib şirkətə 45 010 manat ödəniləcək.
Xatırladaq ki, ötən il AMB 43 nəqliyyat vasitəsini KASKO sığortası üçün “Atasığorta” ASC-ni cəlb edib. Bu xidmətlərin göstərilməsi üçün şirkətə 33 741 manat ödənilib.







