-3 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank nağdsız ödənişlər üzrə lider bankları açıqladı – SİYAHI

2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.

2019-cu ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqə qalibi olmuşlar:

  • “POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” – “Premium Bank” ASC;
  • “Təmassız ödənişlər üzrə lider bank” – “Expressbank” ASC;
  • “İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC;
  • “Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;
  • “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC;
  • “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” – “Unibank KB” ASC.

Son xəbərlər
Digər xəbərlər