15 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bank notlarına tələb 3,4 dəfə artdı

14 Noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100472S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az bu barədə BFB-yə istinadən xəbər verir.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 24 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 858,99 mln. manat olnub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000 000, 00 AZN təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər