2025-ci ildə olduğu kimi, 2026-cı ildə də Azərbaycan Mərkəzi Bankı pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
Qərar tarixləri:
- 4 fevral
- 2 aprel
- 6 may
- 24 iyun
- 5 avqust
- 23 sentyabr
- 4 noyabr
- 23 dekabr
2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir.
Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.








