25 C
Baku
Monday, October 13, 2025

Mərkəzi Bank ödəniş təşkilatının xidmətlərini müvəqqəti dayandırıb

Azərbaycan Mərkəzi Bankı “Greentek Group” MMC-yə təshih tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edib.

Banker.az bunu AMB-yə istinadən xəbər verir.

AMB tərəfindən “Greentek Group” MMC-də həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilmişdir.

Qeyd edək ki, “Greentek Group” 2024-cü ilin sentyabrında lisenziya verilmib və bura kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti daxil idi.

Son xəbərlər
Digər xəbərlər