4 C
Baku
Wednesday, January 14, 2026

Mərkəzi Bank ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı “Fizza Pay” MMC-yə (fpay.az) icrası məcburi olan göstərişin verib.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq “Fizza Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Xatırladaq ki, “Fizza Pay” MMC 2019-cu ildə yaradılsa da, 2024-cü ilin avqustunda AMB-dən lisenziya əldə edib. Ödəniş təşkilatının 600100 manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər