Mərkəzi Bank ödəniş təşkilatının vəzifəli şəxsini cərimələdi

“Fizza Pay” MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə cəmiyyətin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

Banker.az xəbər verir ki, AMB bu barədə məlumat yayıb.

2025-ci ilin dekabr ayında da şirkətlə bağlı nəzarət tədbiri tətbiq olunmuşdu. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqədar məcmu kapitalın minimum miqdarına dair tələbin pozuntusunun aradan qaldırılması məqsədilə Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla “Fizza Pay” MMC-yə icrası məcburi olan göstəriş verilmişdi.

Qeyd edək ki, “Fizza Pay” MMC-yə ÖT-007 nömrəli lisenziya 28.08.2024-cü il tarixində verilmişdir.

MMC ödəniş əməliyyatının ekvayrinqi, həmçinin ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti üzrə fəaliyyət göstərmək hüququ verilmişdir. “Fizza Pay” MMC-nin təkbaşına rəhbəri Mirzəməmmədli Orxan Kamran oğludur.

Son xəbərlər
Digər xəbərlər