7 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank ölkədə qiymət artımlarını səngitmək üçün son 2 ayda bazardan 660 mln. manat pul yığıb

Azərbaycanda monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir.

Bu bardə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Manatın nominal effektiv məzənnəsinin bahalaşması inflyasiya təzyiqlərini məhdudlaşdıran mühüm amillərdən biri olaraq qalır. 11 ayda nominal effektiv məzənnənin möhkəmlənməsi tempi 7.9% təşkil edib.

Sterilizasiya əməliyyatlarının həcminin genişlənməsi pul təklifinin artımını məhdudlaşdırmaqla inflyasiya təzyiqlərini azaldır. 11 ayda manatla pul bazası cəmi 7.3% artıb. Dekabr ayında pul bazası başlıca olaraq fiskal əməliyyatlardan təsirlənəcək.

Yeni əməliyyat çərçivəsinə uyğun olaraq Mərkəzi Bankın müxtəlif müddətli (1, 3, 6 və 9 aylıq) notlarının yerləşdirilməsi adekvat gəlirlik əyrisinin formalaşmasına şərait yaradır. Oktyabr-noyabr aylarında dövriyyədə olan notların həcmi 660 mln. manat və ya 2.3 dəfə artmışdır. Not bazarında iştirak edən bankların sayı da artır. Dövr ərzində notların ikinci bazar seqmentində 194 mln. manatlıq əməliyyat baş tutmuşdur.

Banklararası pul bazarında fəallıq yüksəlməkdədir. “Blumberq” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlib. Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olub. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olmuşdur ki, bu da əvvəlki ayla müqayisədə 3.6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Blumberq” ticarət platforması üzrə 3 mlrd. 974 mln. manat, REPO üzrə 305 mln. manat olmuşdur. Ötən iclasda faiz dəhlizi ilə bağlı qəbul edilən qərarlar banklararası bazarda orta faizlərin yüksəlməsilə müşayiət olunmuşdur. Təminatsız bazarda (Blumberq) 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olmuşdur. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir.

2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1%, ilin əvvəlinə nəzərən 18.1%, ötən ilin eyni ayına nəzərən isə 21.1% artmışdır. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12.7%, istehlak kreditləri 27.7%, ipoteka kreditləri isə 21.9% artıb.

Son xəbərlər
Digər xəbərlər