Azərbaycan Mərkəzi Bankı daha bir bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.
Banker.az-a daxil olan məlumata görə, “Omni Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının lisenziyası ləğv edilib.
BOKT 2003-cü ilin dekabrında yaradılmışdı və Mərkəzi Bank ona lisenziyanı 2004-cü ilin avqustunda təqdim etmişdi.
BOKT-un təkbaşına idarə etmə sistemi ilə işləyirdi və rəhbər Nərimanov Kamran Vaqif oğlu idi.
BOKT-un nizamnamə kapitalı isə 455 000 manat idi.