2022-ci ildə Azərbaycan Mərkəzi Bankı 33 emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bunu qurumun Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova bildirib.
“Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir, təkcə AMB-nin deyil, bütün bazar iştirakçılarının birgə səyi nəticəsində əldə edilmiş naliyyətdir”, – deyə o qeyd edib.