Noyabrın 3-4-də Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti Səmərqənd şəhərində keçirilən “İqtisadi islahatların mərkəzində insanlar” mövzusunda “2-ci Özbəkistan İqtisadi Forumu”nda iştirak edir.
Banker.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Forumda strateji prioritetlərə diqqət yetiriləcək, makro davamlılıq, iqlim dəyişikliyi, özəl sektor və insan kapitalı, öyrənilmiş dərslər, siyasət qərarlarının insanlara və biznesə təsirlərinə dair geniş müzakirələr aparılacaqdır.
Tədbir Özbəkistan Respublikası hökumətinin təşkilatçılığı ilə keçirilir.