3 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank Palataya 682 milyon manat kredit verəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Bazarlarına Nəzarət Palatasına kredit verəcəkdir.

Banker.az xəbər verir ki, bu barədə Prezidentin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanda deyilir.

“Fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000  (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin”- , fərmanda Mərkəzi Banka tövsiyə edilib.

Son xəbərlər
Digər xəbərlər