12 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank “PashaPay”ə ödəniş sistemləri ilə bağlı lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı “MilliÖn”, “m10” bredləri ilə bazarda tanınan ödəniş sistemi şirkəti “PashaPay” MMC-yə lisenziya təqdim edib.

Banker.az xəbər verir ki, İdarə Heyətinin 27 iyun 2024-cü il tarixli qərarı ilə “PashaPay”-a “EPT-004” nömrəli lisenziya təqdim edilib.

Şirkət bu sahələr üzrə icazə əldə edir:

-ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

– kredit köçürməsi, birbaşa debetləşmə, ödəniş kartı və ya digər ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatının ekvayrinqi;

– pul köçürməsi;

– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;

– ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;

– hesab üzrə məlumat xidməti.

Şirkətin İdarə Heyətinin sədri Məmmədov Samir

Sabir oğlu, İdarə Heyətinin üzvləri isə Abdullayev Cəmil İlyas oğlu və Nərimanov Pünhan İlham oğludur.

Hazırda lisenziyası olan şirkətlər bunlardır: “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC və “PashaPay” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər