7 C
Baku
Sunday, January 5, 2025

Mərkəzi Bank “Paysis”in vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-nin vəzifəli şəxsi cərimələnib.

Banker.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank açıqlama verib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı və 17-ci maddələrinin tələblərinə uyğun olaraq ödəniş sərəncamının icrasından əvvəl sərəncamın icra müddəti və nəzarət orqanının əlaqə məlumatlarının əlçatanlığının təmin edilməsi, ödəniş sərəncamından sonra isə ödəniş xidməti istifadəçisinin məlumatlandırılması zamanı ödəniş əməliyyatlarının icrası üzrə ödənilən xidmət haqlarının məbləği barədə məlumatın təqdim edilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsinə görə “Paysis” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Son xəbərlər
Digər xəbərlər