25 C
Baku
Tuesday, September 17, 2024

Mərkəzi Bank “Prior Leasing” və vəzifəli şəxsinə 50 və 10 min manatlıq cərimə yazıb

Azərbaycan Mərkəzi Bankı “Prior Leasing” ASC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Bu barədə Banker.az-a AMB-dən məlumat daxil olub.

AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən lizinq şirkəti “Prior Leasing” ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 manat 10 000 manat məbləğində cərimə edilmişdir.

Xatırladaq ki, “Prior Leasing” ASC 2014-cü ildə yaradılıb və 5 mln. manat nizamnamə kapitalı var. Şirkətin direktoru Nicad Bağirov Səyavuş oğludur.

Son xəbərlər
Digər xəbərlər