13 C
Baku
Friday, November 22, 2024

Mərkəzi Bank pul bazasının artımına aydınlıq gətirdi

“2021-ci ilin dekabr ayında pul bazasında baş verən dəyişiklik əsasən Azərbaycan Mərkəzi Bankın sistem əhəmiyyətli bəzi banklarla apardığı müddətli pul bazarı əməliyyatlarının müddətinin başa çatması ilə əlaqədardır”.

Bu barədə Mərkəzi Bankdan  Banker.az-ın sorğusuna cavabda bildirilir.

Suaı belə idi: 2021-ci ilin dekabr ayı ərzində Azərbaycanda pul bazasının həcmi  3 659 mln manat, yaxud 25.62% artımla 17 937.6 manata çatıb. Pul bazasında bu həcmdə artım ölkədə illik inflyasiyanı tətikləmirmi? Ümumiyyətlə bu artıma səbəb nədir?

AMB bildirir ki, qeyd olunan əməliyyatlar nəzərə alınmadan pul bazasının illik artım tempi təxminən 15% səviyyəsində qiymətləndirilir.

“Müddətli pul bazarı əməliyyatlarına dair müqavilələrə yenidən baxılması ilə əlaqədar yanvar ayında pul bazasında təxminən eyni məbləğdə əks istiqamətdə dəyişimə baş vermişdir.

Ümumilikdə ölkədə pul təklifinin iqtisadiyyatın tələbatına uyğun şəkildə artımının tənzimlənməsi daim diqqətdə saxlanılır. Pul təklifinin dəyişim kanallarının tənzimlənməsi çərçivəsində aidiyyəti orqanlarla koordinasiya işləri də aparılır”– deyə, AMB-dən bildirilir.

XATIRLATMA

31 dekabr 2021-ci il tarixinə Azərbaycanda pul bazasının həcmi 17 milyard 937.6 milyon manat təşkil edib.

Bu da son bir ayda 3 milyard 658.5 milyon manat, yaxud 26% artım deməkdir. Qeyd edək ki, pul bazasına görə ölkədə ən yüksək rəqəm 2021-ci ilin oktyabrında 14 milyard 621.2 milyon manat təşkil etmişdir. Ətraflı.

Son xəbərlər
Digər xəbərlər