30 C
Baku
Thursday, September 4, 2025

Mərkəzi Bank “PulPal”ın vəzifəli şəxsini cərimələdi – MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankı “PulPal” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 manat məbləğində cərimə edilmişdir.

Qeyd edək ki, cari ilin aprelində “PulPal”da plandankənar, yerində yoxlama zamanı yoxlayıcı lazımi texniki imkanlarla təmin edilməyib, aparılmış əməliyyatlar haqqında dolğun məlumatlar təqdim olunmayıb. Odur ki, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “PulPal”a münasibətdə təshih tədbirləri tətbiq edildiyi açıqlanmışdı.

Son xəbərlər
Digər xəbərlər