16 C
Baku
Saturday, May 10, 2025

Mərkəzi Bank “PulPal”la bağlı göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı “PulPal” MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə qərar verib.

Banker.az xəbər verir ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “PulPal” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilmişdir.

Təshih tədbiri – Yəni şirkətə hansısa qayda pozuntusunu düzəltmək üçün tapşırıq verilib.

Son xəbərlər
Digər xəbərlər