6 C
Baku
Saturday, December 14, 2024

Mərkəzi Bank pulsayan aparatlar alır

Azərbaycan Mərkəzi Bankı, xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək üçün elektrikli yükqaldıranların (lot 1), pulsayan maşınların satın alınması (lot 2); dizayner studiyası üçün fotoaparatın və onun linzasının satın alınması (lot 3) üzrə tenderlər elan edib.


  1. Tender proseduru 10.07.2019-cu il tarixində saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90) keçiriləcəkdir.
  2. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

 

– tenderdə iştirak üçün ərizə (iştirak ediləcək satınalma predmeti dəqiq göstərilməklə);

 

– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;

 

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

 

– iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 23.08.2019-cu il tarixinədək qüvvədə olmalıdır);

 

– tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas şərtlər toplusuna əlavə edilən bank qarantiyası formasında);

 

– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

 

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanından arayış;

 

– iddiaçının müvafiq sahə üzrə ən azı 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu göstərilməklə) (Lot 1 və Lot 2 üzrə iştirak edən iddiaçılara münasibətdə);

 

– tenderin Əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

 

  1. İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 09.07.2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 28.06.2019-cu il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
  2. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
  3. Malların təqdim edilməsi müddəti: satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) təqvim günü müddətində.
  4. Qiymətləndirmə meyarları: qiymət və keyfiyyət amili (funksional yararlılıq).
  5. Tenderdə iştirak etmək istəyən hər bir şəxs Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasından Azərbaycan dilində tərtib edilmiş tenderin Əsas şərtlər toplusunu əldə edə bilərlər.

 

Tenderin üzrə əlaqələndirici şəxs: 

 

Nəsib Pənahlı, telefon: 493-11-22 (dax.tel:440, 384)

 

email: [email protected].

Son xəbərlər
Digər xəbərlər