10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank pulun sığortası üçün şirkət axtarır

Azərbaycan Mərkəzi Bankı əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.

Mərkəzi Banknın verdiyi xəbərə görə, iddiaçı qismində sığorta fəaliyyətinə lisenziyası olan (və həmin lisenziyasının 1 noyabr 2016-cı il tarixindən ən azı 12 ay ərzində mövcud olması şərti ilə), yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üzrə Maliyyə Nazirliyindən rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər. İddiaçının kapitalı Sığortaçılar üçün tələb beş mln. manatdan az olmamalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçı tərəfindən təqdim olunmalı sənədlər siyahısında iddiaçıya Azərbaycanda sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin (CASCO) könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair Maliyyə Nazirliyi tərəfindən verilmiş razılığın surəti də yer alır.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 26 iyul saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 15 iyul 2016-cı il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 manat məbləğində vəsait köçürməlidir. Təkliflər qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi kimi amillər əsasında qiymətləndiriləcək.

Xidmətin göstərilməsinə 1 noyabr 2016-cı il tarixindən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2017-ci il tarixindən başlanılacaq.

Tender proseduru iyulun 27-də Mərkəzi Bankın inzibari binasında keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər