9 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank hərracı təxirə saldı – növbəti devalvasiya təhlükəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, ənənəvi olaraq saat 11:30-da keçirdiyi valyuta hərracını təxirə salıb.

Banker.az “Report”a istinadla xəbər verir ki, əvəllər isə bu hərraclar saat 15:30-da keçirilir.
 
Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazır satış məzənnəsi bəzi exchange”lərdə 167-170 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.
“Report”un analitik qrupu qeyd edir ki, günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar: “Bazarda real tələb olduğu halda, AMB bu gün hərrac keçirməsə, nağd məzənnənin sabit şəkildə 1,67 AZN/USD-ni keçəcəyi gözlənilir.
Yaxın günlərdə cari tələbat qarşılanmasa, məzənnənin 1,70 AZN/USD-yə çatması mümkündür”.
Son xəbərlər
Digər xəbərlər