Azərbaycan Mərkəzi Bankı(AMB) tenderdə qalib olmuş şirkətin adını açıqlayıb.
“Mərkəzi Bankın adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satınalınması” ilə bağlı kotirovka sorğusu üzrə Satınalmalar Komissiyasının 21 iyul 2017-ci il tarixli qərarına əsasən “ROYAL EXPRESS” MMC qalib elan edilib.
AMB qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalamışdır.