15 C
Baku
Friday, November 8, 2024

Mərkəzi Bank qarşısında məsələ qaldırıldı

Pensiyaçıların digər bankların bankomatlarından istifadə edərkən komissiya haqqı tutulması məsələsi müzakirə mövzusudur

Hesab Vaxtı “Pensiyaçıların digər bankların bankomatlarından istifadə edərkən komissiya haqqı tutulması məsələsini Mərkəzi Bank qarşısında qaldırmışıq”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Elman Mehdiyev deyib.

O bildirib ki, bu iş bankların reallaşdıracağı maliyyədən asılıdır. DSMF sədri qeyd edib ki, hələ bu barədə danışmaq tezdir:

“Bu kifayət qədər genişhəcmli və mürəkkəb bir layihədir. AMB milli ödəniş sisteminin geniş islahatını həyata keçirəcəyi təqdirdə bu məsələ də öz həllini tapacaq. Bəzən pensiyaçılar digər bankomatlara üz tuturlar və bu kimi narazılıqlarla qarşılaşırlar”.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər