14 C
Baku
Friday, November 15, 2024

Mərkəzi Bank “QR kod” ilə edilən ödənişləri açıqladı

Hesabat ili ərzində 24/7 rejimində fəaliyyət göstərən “Ani Ödənişlər Sistemi”nin (AÖS) əhatə dairəsi və funksionallıqları genişləndirilmiş, kiçik təsərrüfat subyektlərində nağdsız ödənişlərin qəbuluna imkan verən QR kod kimi sərfəli ödəniş üsulları yaradılmışdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına imkan verən AÖS-ə hazırda 21 bank, “Azərpoçt” MMC və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunmuşdur. AÖS vasitəsilə 2021-ci il ərzində həyata keçirilən ödənişlərin sayı 37.4 min ədəd, həcmi isə 97.9 mln. manat olmuşdur. 2021-ci ildə AÖS platformasında “QR kod” vasitəsilə nağdsız ödəniş imkanı yaradılmışdır.

Bu ödəniş üsulunun üstünlükləri ödənişlərin birbaşa bank hesabları üzərindən aparılması və əldə olunan malların dəyərinin ödəniş kartından istifadə edilmədən mobil qurğular vasitəsilə həyata keçirilməsidir. 2021-ci il ərzində “QR kod” vasitəsilə həyata keçirilən ödənişlərin sayı 2.3 min ədəd, həcmi isə 7.9 min manat olmuşdur.

312312312312312

Son xəbərlər
Digər xəbərlər