29 C
Baku
Wednesday, July 3, 2024

Mərkəzi Bank rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə tender elan edib

“Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Rəqəmsal Ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması” üzrə nəzərdə tutulmuş tədbirin icrası məqsədilə Mərkəzi Bankın zəruri təbliğat və təşviqat materiallarının hazırlanması və kompaniyasının keçirilməsi üçün reklam agentinin seçilməsi ilə bağlı açıq tender elan edir.

Nazirlikdən verilən xəbərə görə, bu ilin iyunun 13-də tender təkliflərinə baxılacaq.

Tenderdə iştirak haqqı 300 (üç yüz) manatdır.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər toplusu Bakı şəhəri, R. Behbudov küçəsi 90-da yerləşən Azərbaycan Mərkəzi Bankının inzibati binasına təqdim olunmalıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər