“Azərbaycanda kapital bazarı yalnız maliyyə sektoru üçün vəsait cəlb etmək imkanı yaradır. Real sektorun bu bazarda iştirakı məhduddur”.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov deyib.
“Kapital bazarında digər şirkətlərin iştirakı artsa, bazar daha effektiv, səmərəli fəaliyyət göstərə bilər”, – deyə o, qeyd edib.
Bununla belə, S.İsmayılovun sözlərinə görə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 25 emissiya prospekti təsdiqlənib ki, bu da rekord göstəricidir: “Bu rəqəm koronavirus (COVID-19) pandemiyasından əvvəl – 2019-cu ildə 3, 2020-ci ildə 11, 2021-ci ildə 20 olub”.