Azərbaycan Mərkəzi Bankı “Manatın xarici valyutalara nisbətən nominal və real effektiv məzənnəsi”nə dair statistik açıqlamada 2021-ci ilin yanvarındakı rəqəmləri “korreksiya” edib.
Banker.az bildirir ki, AMB-nin fevralda (yanvar üçün nəzərdə tutulan hesabatda) açıqlamasında ilin ilk ayı üzrə manatın real effektiv məzənnəsinin ümumi olaraq 100.9 bənd təşkil etdiyini açıqlasa da, son açıqlamasında bunun 99.9 bənd olduğu məlum olub.
Real effektiv məzənnə (REM) – Manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortasını əks etdirir.
Fevral üzrə yeni rəqəmlərə görə, manatın real effektiv məzənnəsi ümumi olaraq 100.6 bənd olub. Bu da son bir ayda 0.7 bənd yüksəliş deməkdir.
Qeyri-neft sektorunda manatın REM-i 97.3 bənd olub, yaxud son ayda 0.6 bənd artıb.