-3 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank sədri: “Faiz dərəcələrində artım potensialı mövcuddur”

“Hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur”.

Bunu, 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri bildirib ki, Martın 19-da İdarə Heyəti faiz qərarı qəbul edərkən dilemma qarşısında olub:

“Monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində təbii ki, biz faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik. Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik”.

Qeyd edək ki, Mərkəzi Bank növbəti faiz qərarını Mayın 1-də qəbul edəcək.

19 Mart 2020-ci il tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9%-də saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər