“Koronavirus (COVID-19) pandemiyası təkcə səhiyyə sahəsində problemlər yaratmayıb”.
Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Bununla belə, o vurğulayıb ki, bu il ölkədə fiskal sabitlik təmin edilib: “Dövlət borcunun səviyyəsi məqbuldur, tədiyyə balansı profisitlidir”.
Bunda başqa, baş bankir deyib ki, Azərbaycanın milli valyutasının məzənnəsi sabitdir: “Cari ilin əvvəlindən pul bazası artıb. Bütövlükdə iqtisadi artımın bərpası və inflyasiyanın sürətlənməsi baş verir”.
Report