10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank sədrindən valyuta bazarına dair açıqlama

“Azalan tələb neftin qiymətinin kəkin yüksəlməsinə imkan verməsə də, biz ilin sonunadək valyuta bazarında sabitliyi yarada biləcəyik”.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

“Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik”.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, valyuta bazarında heç bir təşvişə ehtiyac yoxdur: “Panika və narahatlıq üçün heç bir səbəb yoxdur”.

Son xəbərlər
Digər xəbərlər