24 C
Baku
Monday, June 10, 2024

Mərkəzi Bank “Sberbank” ı satmaq istəyir

 “Sberbank” ın əsas səhmdarının dəyişdirilməsi məsələsi hazırda müzakirə olunur, lakin burada yalnız bu payın hökumətə satılmasından danışıla bilər.

Banker.az xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina “İnterfaks” a verdiyi müsahibəsində bildirib. Xatırladaq ki, Mərkəzi Bank “Sberbank” ın 50% üstəgəl bir hissəsinə sahibdir.

Məlumatı olan mənbələrə görə, hökumət “Sberbank” da pay almaq üçün Milli Sərvət Fondunun vəsaitlərindən istifadə edəcəkdir. Həmsöhbətlər əlavə olaraq bildirirlər ki, saziş 2020-ci ilin birinci yarısında bağlana bilər.

Digər iki mənbə plana görə, Milli Sərvət Fondundan götürülən pulun sonra büdcəyə qaytarılacağını və müqavilə bağlandığı təqdirdə hökumət adından Maliyyə Nazirliyi çıxış edəcəyini söyləyir.

Qeyd edək ki, “Sberbank” səhmlərinin Moskva Birjasında təqdim etdiyi qiymətlərə əsasən, Mərkəzi Bankın səhmlərinin bazar dəyəri təxminən 2.8 trilyon rubl təşkil edir.

Baş nazirin birinci müavini və maliyyə naziri Anton Siluanov məsələnin müzakirə olunduğunu təsdiqləyib, çünki “maraqlar toqquşması var”.

“Maliyyə tənzimləyicisi, nəzəri olaraq, nəzarət etdiyi qurumların üzvü olmamalıdır” dedi”, – o qeyd edir.

Maliyyə Nazirliyi və Mərkəzi Bank məsələyə şərh bildirməkdən imtina ediblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər