Könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 09 aprel 2025-ci il tarixli qərarı ilə “Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 05 noyabr 2014-cü il tarixli, 080624 nömrəli lisenziya ləğv edilib.
Banker.az-a bu barədə tənzimləyicidən bildirilir.
Xatırladaq ki, “Odlar Yurdu Sığorta Brokeri” MMC 2014-cü ildə yaradılıb. Şirkətin 10 manat nizamnamə kapitalı var və qanuni təmsilçisi Göyçək Cavadova Ramiz qızıdır.