19 C
Baku
Friday, October 10, 2025

Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi

Azərbaycan Mərkəzi Bankı “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə yeni lisenziya təqdim edib.

Banker.az xəbər verir ki, bankın İdarə Heyətinin qərarı ilə müştərək sığorta şirkətinə 09 oktyabr 2025-ci il tarixində lisenziya təqdim edilib.

Sığortaçı qeyri-həyat sığorta sektorunda sonuncu lisenziya əldə edən şirlətdir və AMB ona lisenziyanı 06 oktyabr 2020-ci il tarixində 5 il müddətinə təqdim etmişdi.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər