Azərbaycan Mərkəzi Bankı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunu zərurət yaranacağı təqdirdə vəsaitlərlə təmin etməli olacaq.
Trend-in məlumatına görə, bu “Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər layihəsində nəzərdə tutulub.
Qanun layihəsi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunur.