12 C
Baku
Saturday, November 23, 2024

Mərkəzi Bank TƏBİB-i cərimələdi

Azərbayacan Mərkəzi Bankı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi barəsində məhkəməyə müraciət edib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Mərkəzi Bank “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nəsimi Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər