Mərkəzi Bankda müasir videomümüşahidə sistem və avadanlıqlarının alınması və quraşdırılması ilə əlaqədar tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən Tender Komissiyasının 27 mart 2017-ci il tarixli qərarı ilə “İNPEKS.N” MMC tenderin qalibi elan edilmişdir.
AMB-dən Banker.az-a verilən məlumata görə, qalib şirkətlə müvafiq müqavilə bağlanmışdır.
Xatırladaq ki, tenderin proseduru 10 mart tarixindən başlamışdı.







