Azərbaycanda 2018-ci ilin aprelindən bu tərəfə tikintinin inam indeksi ən pis göstəriciyə düşüb.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirir.
2022-ci ilin oktyabrında tikintinin inam indeksi mənfi 56.5 bənddən mənfi 66.1 bəndə düşüb.
Tikintinin inam indeksi dedikdə icarəyə qəbul edilmiş sifarişlər ilə işsilərin sayının dəyişməsi gözləntiləri cəminin 2-yə nisbəti ilə alınır.
Tikintinin inam indeksi = (İcraya qəbul edilmiş sifarişlər + İşçilərin sayının dəyişməsi gözləntiləri)/2
Oktyabrda tikinti işlərinin həcmi mənfi 68.6 bənddən mənfi 73.2 bəndə enib. İcarəyə qəbul edilmiş sifarişlər 71 bənddə dəyişməz qalmış, işçilərin sayının dəyişməsi mənfi 42.0 bənddən mənfi 61.2 bəndə düşüb.
Qeyd edək ki, sonuncu dəfə 2018-ci ilin aprelində tikintinin inam indeksi mənfi 71 bənd təşkil etmişdi.