Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində noyabr ayında bir neçə bank olmayan kredit təşkilatında (BOKT) qanunvericilik pozuntuları aşkar edilib.
Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.
Mərkəzi Bankın məlumatına görə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən müvafiq inzibati tədbirlər görülüb.
Belə ki, “Finex Kredit” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 8 000 manat məbləğində cərimə edilib. Eyni səbəblərlə BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsinə 4 500 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsinə isə 1 500 manat məbləğində inzibati cərimə tətbiq olunub.








