Mərkəzi Bank üç valyutadəyişmə məntəqəsi – “Bakı Mərkəzi Valyuta” MMC, “Eliko” MMC və vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə qərar verib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bank qərar verib.
Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Bakı Mərkəzi Valyuta” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 (bir min) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir.
Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar “Eliko” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 (on min üç yüz otuz dörd) manat məbləğində cərimə edilmişdir.