“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı lotlar üzrə
AÇIQ TENDER ELAN EDİR
Lot -1. Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satınalınması.
Lot -2. Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işlərinin satın-alınması.
Lot -3. Azərbaycan Respublikası Mərkəzi Bankının əsas inzibati binasında quraşdırılmış Avtomatlaşdırılmış Telefon Stansiyası OpenScape Business üçün İP telefon aparatlarının satınalınması.
1. Tender proseduru 23 may 2017-ci il saat 15.00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90) keçiriləcəkdir.
2. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:
– tenderdə iştirak üçün ərizə;
– iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışı;
– Azərbaycan dilində iki nüsxə (əsli və surəti) tender təklifi (tender təklifi 7 iyul 2017-ci il tarixədək qüvvədə olmalıdır);
– tender təklifinin qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);
– son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması barədə dövlət orqanından arayış;
– tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.
3. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 22 may 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərflərdə, digər tələb olunan sənədləri isə ən geci 11 may 2017-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərflərdə Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaqdır.
4. İddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına hər bir lot üçün 50 (əlli) manat məbləğdə vəsait köçürməlidirlər:
Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Hesab: AZ25NABZ01701190000000001944
M/h: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T. BİK NABZAZ2C
Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamenti.
5. Satınalmaya başlanma vaxtı: satınalma müqaviləsi imzalandığı gündən.
6. Malların təchizatı və işlərin görülməsi müddəti:
Lot -1: satınalma müqaviləsi imzalandığı gündən 120 (bir yüz iyirmi) təqvim günü müddətində;
Lot -2: satınalma müqaviləsi imzalandığı gündən 90 (doxsan) təqvim günü müddətində;
Lot -3: satınalma müqaviləsi imzalandığı gündən 60 (altmış) təqvim günü müddətində.
7. Qiymətləndirmə meyarları:
Lot -1 və Lot -3: qiymət və zəmanət şərtləri;
Lot- 2: qiymət və texniki amillər (iş təcrübəsi və əməkdaşların peşəkarlığı, zəmanət şərtləri).
8. Tenderdə iştirak etmək istəyən hər bir şəxs iştirak haqqının ödənilməsi barədə bank arayışını təqdim edərək Mərkəzi Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 nömrəli ünvanda yerləşən inzibati binasından Azərbaycan dilində tərtib olunmuş müvafiq lot üzrə tenderin əsas şərtlər toplusunu əldə edə bilər.
Əlaqələndirici şəxs: Elvin Şirdanov (hüquq departamentinin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 428).
Ceyhun Səməndov (inzibati departamentin əməkdaşı), telefon: 493-11-22 (dax.tel: 599).