Mərkəzi Bankının 16 dekabr 2024-cü il tarixli Qərarı ilə siyahıda adları qeyd edilən 1 nəfər fiziki şəxs olan sığorta brokerinə və 2 nəfər sığorta agentinə verilmiş lisenziyaların qüvvəsi 1 ay müddətinə dayandırılıb.
Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir.
Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1.10-cu maddəsinə əsasən lisenziyalarının qüvvəsi dayandırılmış sığorta vasitəçilərinin SİYAHISI
№ | Sığorta vasitəçisinin adı | Fəaliyyət
növü |
Lisenziyanın
tarixi |
Lisenziyanın nömrəsi | VÖEN |
1 | Abdullayev Fariz İldırım oğlu | Broker | 09.03.2016 | 088986 | 2003207402 |
2 | İsbatov Elçin Nadir oğlu | Agent | 03.12.2018 | SA-0114 | 2905072502 |
3 | Qaracayev Nicat Tahir oğlu | Agent | 07.08.2012 | 000713 | 1002576062 |