Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti oktyabrın 30-da uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib.
Banker.az AMB-yə istinadla xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 faiz müəyyənləşdirilib.
İdarə Heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib və 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizindən (6-8 faiz) aşağıda formalaşıb.
Uçot dərəcəsi nədir və nəyə lazımdır?
Uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.