Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti həftənin cümə günü və ya 31 yanvar 2020-ci iı tarixdə ilk dəfə oladaq faiz dəhlizinin parametirləri ilə bağlı qərar verəcək.
Banker.az bildirir ki, maliyyə bazarında demək olarki hər bir mandata sahib requlyator yola saldğımız ildə 8 iclas gerşəkləşdirib. Həmin iclasların hər birində uçot dərəcəsinin azaldılmasına qərar verilib.
AMB İdarə Heyəti son iclasını 13 dekabr 2019-cu ildə gerçəkləşdirib və həmin iclasda uçot dərəcəsin 25 baza punktu azaldaraq 7,75%-dən 7,5%-ə endirib. Ümumiyyətlə isə ötən ilin qalan 1 iclasda uçot dərəcəsi 0,50 bənd, növbəti 6 iclasın hər birində isə 0,25 bənd endirilib. Müvafiq olaraq faiz dəhlizinin yuxarı və aşağı hədləri də aşağı düşmüşdür.
Qlobal bazara nəzər salsaq görərik ki, neftin qiyməti Çindən gələn Koronavirus və Yaxın Şərqdəki siyasi gərginliyin artması fonunda neftin dəyəri bir neçə gün ərzində 3-4 dollar azalıb. Mütləqdir ki, Mərkəzi bankımızın idarəedənlər daxili bazarla yanaşı qlobal müstəvidə baş verənləri də nəzərə alaraq qərar verməli olacaqlar.
Mərkəzi Bankdan deyirlər ki, faiz dəhlizi parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın elan edilmiş hədəfdən yayınması dərəcəsindən, dəyişən makroiqtisadi şəraitdən və risklərin reallaşma ehtimalından asılı olaraq qəbul ediləcəkdir.
“Düşünürəm ki, Mərkəzi Bank uçot dərəcəsini 25 baza punktu azaldaraq 7,25%-də saxlayacaq” – deyə maliyyəçi-ekspert Elman Sadıqov bildirir.
Bundan əlavə, maliyəçi ilin əvvəlindən tədricən faiz dərəcəsini azaldıldmaqla inflyasiya meyillərini və xüsusi ilə inlyasiya amillrini ciddi nəzarət altında saxladacağını bildirir.
“Düşünürəm 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının əsas prioritet istiqamətlərindən biri də faiz dərəcələrinin azaldılması və paralel olaraq inflyasiyanın nəzarət altında saxlanması olacaq”, deyə Banker.az-a qısa şərhində maliyyəçi Sadıqov deyib.
Yanvarın 13-də Prezident İlham Əliyev bütün iqtisadiyyat yönlü nazir və komitə sədirləri ilə iclasda uçot dərəcəsinin aşağı düşməsinə isti yanaşdığı hiss olunur. Məsələn, həmin Baş bankiri dindirmə zamanı deyir ki, ölkədə uçot dərəcəsi iki dəfə azaldılıb. Digər əlavəsində Əliyev, “bundam sonra da bu meyil davam edəcək” deyə bildirir. Prezidemt bu halın iqtisadiyyatın sağlamlaşmasında və ucuz kreditləşmə üçün mühüm bir qərar olacağını bildirir.