14 C
Baku
Thursday, November 7, 2024

Mərkəzi Bank: uçot faiz dərəcəsi pul bazarına təsir edib

2024-cü ilin I yarımili ərzində Mərkəzi Bank pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyünün yaxşılaşması fonunda inflyasiya proseslərinin tənzimlənməsi istiqamətində pul siyasəti həyata keçirmişdir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatında qeyd edilir.

Bu dövrdə faiz dəhlizinin parametrlərinə dair qərarlar əsasən inflyasiya faktorlarının dinamikası, pul siyasətindən kənar amillərin təsiri və məcmu tələb nəzərə alınmaqla verilmişdir.

Pul siyasətinə həsr edilmiş ilk 3 iclasda uçot dərəcəsinin 8%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8.25%-ə, faiz dəhlizinin aşağı həddinin isə 6.5%-dən 6.25%-ə endirilməsi ilə bağlı qərarlar qəbul edilmiş, son iclasda isə faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb.

Bu qərarlar pul siyasəti vasitəsilə məcmu tələbə və inflyasiya faktorlarına təsir göstərıb. 10 Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.28% olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb.

Ümumilikdə 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq avqustda son ayların minimumuna enib.

Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların həcminə görə də avqust ayında baş tutan əməliyyat həcmi son ayların maksimumuna çatıb. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının həcmini azaldıbb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6% azalıb.

Son xəbərlər
Digər xəbərlər